Aİ Qazprombank-ı SWIFT-dən ayırmaq niyyətindədir
Avropa İttifaqı SWIFT beynəlxalq ödəniş sistemindən Rusiyada ona çıxışı olan sonuncu dövlət bankını - Avropada qaz üçün ödənişlərin həyata keçirildiyi Qazprombank-ı ayırmaq niyyətindədir.
Ona qarşı tədbirlər qarşıdan gələn səkkizinci sanksiya paketində görünə bilər, Bunu Bloomberg vəziyyətlə tanış olan diplomatlara istinadən iddia edir.
Bu qərarın təşəbbüskarları Baltikyanı ölkələr, İrlandiya və Polşadır. Səkkizinci paketə Rusiyadan maye qazın alınmasına qadağanın da daxil edilməsini təklif edirlər.