Çin diplomatı Britaniya XİN-ə çağırıldı
Britaniya hökuməti Çin tərəfindən qaynaqlanan kiberhücumlara dözmək niyyətində deyil.
Bunu Böyük Britaniya Xarici İşlər Nazirliyi çərşənbə axşamı quruma çağırılan Çinin krallıqdakı müvəqqəti işlər vəkilinə bildirib.
“Xarici İşlər Nazirliyi Böyük Britaniyanın demokratik təsisatlarına və parlamentarilərinə qarşı zərərli kiber fəaliyyətlər həyata keçirən Çin dövlətinə bağlı təşkilatların və şəxslərin hərəkətlərini birmənalı şəkildə pisləyir. Böyük Britaniya hökuməti bu təhdidedici fəaliyyətə dözməyəcək və ətrafındakı tərəfdaşları ilə birlikdə qətiyyətli cavab tədbirləri görməyə davam edəcək”, - XİN-in açıqlamasında deyilir.
Mənbə: TASS