Dünyanın ən gözəl pişiklərindən biri bu ölkədədir

Belarusdan olan britaniya qısa tüklü pişik Moki TarLen Luxury planetin ən gözəl pişikləri siyahısına düşüb.

Lim10.az xəbər verir ki, o, World Cat Federation Best Cat 2025 dünya reytinqində üçüncü yeri tutub.

Moki beynəlxalq sərgilərin nəticələrinə əsasən 18 217 bal toplayaraq ilk üçlüyə daxil olub. Reytinqin qalibi 19 726 balla Rusiyadan olan abissin pişiyi olub. İkinci yerdə isə 18 576 bal toplayan Tailanddan olan şotland visloqulaq pişik qərarlaşıb.

Belaruslu pişik 5,5 yaşındadır və Mister Kot klubunu təmsil edir. Ümumilikdə WCF-nin 2025-ci il reytinqinə dünyanın müxtəlif ölkələrindən təxminən 1,5 min pişik daxil edilib. Yekun sıralama il ərzində keçirilən beynəlxalq sərgilərdə toplanan ballar əsasında formalaşdırılıb.(musavat.com)