İsrail ordusu HƏMAS-ın “üçüncü şəxs”ini məhv edib
İsrail ordusunun kəşfiyyatı Qəzza zolağında radikal Fələstin hərəkatının iyerarxiyasında “üçüncü şəxs” olan HƏMAS-ın hərbi qanadının komandir müavini Mərvan İsanın məhv edilməsi faktını təsdiqləyib.
Bunu brifinqdə İsrail Müdafiə Qüvvələrinin sözçüsü Daniel Haqari deyib.
“Bu gecə bütün kəşfiyyat məlumatlarını yoxladıqdan və 100% əmin olduqdan sonra, Baş Təhlükəsizlik Xidməti və Hərbi Kəşfiyyat Müdirliyinin kəşfiyyat məlumatlarına əsaslanaraq, Mərvan İsanın iki həftə əvvəl Razi Əbu Tamaa ilə birlikdə hücumumuz zamanı öldürüldüyünü bildiririk”, - o qeyd edib.
Mənbə: TASS