Güney Azərbaycanda bayram günlərində ər və arvad edam ediliblər - FOTO
Güney Azərbaycanda Novruz bayramı günlərində üç nəfər edam edilib.
Bu barədə “Azad İran” “Telegram” kanalı İran İnsan Haqları Təşkilatına istinadla xəbər verib.
Bildirilir ki, martın 18-də Təbrizin mərkəzi həbsxanasında Culfa şəhər sakini olan adı açıqlanmayan bir qadın və əri Yasin Zülfüqari dar ağacından asılıblar. Martın 25-də isə 36 yaşlı təbrizli Abbas Ağayinin edam hökmü həyata keçirilib.
Qeyd olunub ki, edam edilən hər üç güneyli narkotik maddələrin qaçaqmalçılığında ittiham edilib.