“Crocus” terroruna görə həbs edilən şəxs apellyasiya şikayəti verdi - FOTO
“Crocus City Hall”da törədilən terror aktı ilə bağlı həbs edilən İsroil İslomov məhkəmə qərarından apellyasiya şikayəti verib.
Bu barədə məhkəmədən məlumat verilib.
“İsroil İslomov barəsində məhkəmə qərarından verilən apellyasiya şikayəti qeydə alınıb”, - deyə məlumatda bildirilib.
İsroil İslomov həbsdə olan iki qardaş Aminçon və Dilovar İslomovların atasıdır. Dilovar sahibi olduğu “Renault” markalı avtomobili terror aktını törədənlərə satıb.
Hüquq-mühafizə orqanlarından verilən məlumata görə, İslomov və onun iki oğlu, habelə bu işdə əli olan və terrorçulara mənzil kirayə verən Alişer Kasimov adlı şəxs Mirzoev, Raçabalizoda, Faridun və Fayzovun cinayət niyyətlərindən, terror aktının hazırlığından xəbərdar olublar, hazırlıq prosesində iştirak ediblər.
Bundan əvvəl “Kommersant” qəzeti İslomov qardaşlarının terrorçular üçün məlumat topladığı və onları nəqliyyatla təmin etdiyi barədə yazıb.
Qeyd edək ki, daha əvvəl “Crocus City Hall” terror aktı işi üzrə təqsirləndirilən Aminçon İslomov ilk olaraq həbsindən apellyasiya şikayəti verib. O, cinayətdə özünü təqsirli saymadığını bildirib.
Mənbə: TASS, MK.ru