“Crocus City Hall”da törədilən terror aktında ölənlərin sayı artdı - YENİLƏNİB

“Crocus City Hall”da baş verən terror aktında ölənlərin sayı artıb.

Bu barədə Rusiyanın Səhiyyə naziri Mixail Muraşko məlumat verib.

“Təəssüf ki, ağır güllə yaraları alan və vəziyyəti son dərəcə ağır olan daha bir pasiyent xəstəxanada dünyasını dəyişib. Həkimlər onun həyatı üçün mübarizə aparıblar və əllərindən gələni ediblər”, - deyə o, bildirib.

Beləliklə, ölənlərin sayı 144 nəfərə çatıb.

11:36

Rusiyada “Crocus City Hall”da martın 22-də törədilən terror aktında xəsarət alanların sayı 382 nəfərə çatıb.

Məlumata görə, xəsarət alanların əksəriyyətinə ambulator yardım göstərilib.

Qeyd edək ki, dünən 372 nəfər xəsarət alanın olduğu barədə məlumat yayılmışdı. Ölənlərin ümumi sayı isə 143 nəfərdir.

Mənbə: TASS