“Crocus City Hall”da terror aktı ilə bağlı doqquzuncu şəxs məhkəmə qarşısına çıxarıldı - VİDEO
“Crocus City Hall”da terror aktı ilə bağlı iş üzrə doqquzuncu şəxs Nazrimad Lutfulloi Moskvanın Basmannı Məhkəməsinə çıxarılıb.
Nazrimad Lutfulloi 1 yanvar 2000-ci ildə Tacikistanda anadan olub, subaydır, övladı yoxdur. Ali təhsillidir, lakin hazırda heç bir yerdə işləmir. Təqsirləndirilən şəxslə tərcüməçi vasitəsilə ünsiyyət qurulur.
Məhkəmə terror aktı işi üzrə doqquzuncu şəxsin həbsi ilə bağlı iclası yekunlaşdırıb.
Lutfulloiyə Rusiya Federasiyası Cinayət Məcəlləsinin 205-ci - “Terror aktı” maddəsi üzrə ittiham irəli sürülüb.
Mənbə: İzvestiya.ru