ABŞ-li alimlər: “Peyvəndin yan təsirləri ilə bağlı yayılan məlumatlar siyasi baxışlarla bağlıdır”
“ABŞ-də COVID-19 peyvəndinin yan təsirləri barədə məlumatlar paylaşılır”.
Bu barədə “JAMA Network Open” jurnalında dərc olunan araşdırmada qeyd olunub.
Alimlər 2020-ci ildən 2022-ci ilə qədər toplanmış peyvəndin yan təsirləri ilə bağlı 620 mindən çox hesabatı təhlil ediblər. Məlum olub ki, əksəriyyətin Respublikaçılar Partiyasına səs verdiyi ABŞ ştatlarında COVID-19 peyvəndinin yan təsirləri barədə daha çox məlumat qeydə alınıb.
Xatırladaq ki, Respublikaçılar Partiyasının bir çox nüfuzlu üzvləri peyvənd əleyhinə hərəkatın fikirlərini bölüşürlər. Bəlkə də bu eyni fikirlərin sadə vətəndaşlar arasında yayılmasına kömək edir. Alimlər qeyd ediblər ki, problem partiyanın özündə deyil, siyasi qütbləşmədədir və bunun heç kimə faydası yoxdur.
Statistika göstərir ki, pandemiya zamanı daha çox seçicinin Respublikaçılar Partiyasına səs verdiyi ştatlarda koronavirusdan ölüm halları daha çox olub.