“Crocus”a hücumla bağlı onuncu müttəhim həbs edildi - YENİLƏNİB + VİDEO

Moskvanın Basmannı məhkəməsi “Crocus City Hall” konsert zalına hücum etməkdə təqsirləndirilən onuncu şəxsi, Tacikistan vətəndaşı Yakubconi Yusufzodanı həbs edib.

“Məhkəmə İstintaq Komitəsinin müstəntiqinin vəsatətinin təmin edilməsi, Yusufzoda barəsində mayın 22-dək həbs qətimkan tədbirinin seçilməsi barədə qərar qəbul edib”, - deyə hakim Nataliya Dudar qərarı elan edib.

Qeyd edək ki, Yusufzodanı ömürlük həbs gözləyir. O, “Crocus”a hücumla bağlı həbs edilən onuncu şəxs olub.

Mənbə: TASS

19:20

Rusiya İstintaq Komitəsi məhkəmədən Moskva yaxınlığındakı “Crocus City Hall”da törədilmiş terror aktı ilə bağlı cinayət işində iştirak edən daha bir şəxs Yakubconi Yusufzodanın həbs edilməsini istəyib.

Komitənin bildirdiyinə görə, terror aktından bir neçə gün əvvəl Yusufzoda bank kartı vasitəsi ilə terrorçuları yerləşdirmək üçün öz şərikinə pul köçürüb. Yakubconinin şəriki isə öz növbəsində, terror aktı törədildikdən sonra pulun bir hissəsini cinayətkarlardan birinin hesabına köçürüb.

Qeyd edək ki, bugünədək istintaq on müttəhimə qarşı ittiham irəli sürüb. Yusufzodaya gəlincə, o hazırda digər iş üzrə həbsdədir. Yakubconi qanunsuz miqrantlara qarşı əməliyyat zamanı polisə tabe olmadığına görə martın 26-da 12 sutkalıq həbs cəzası alıb.

Mənbə: zerkalo.io