Sərhəddə beynəlxalq müşahidəçilər yerləşdirilə bilər
Artıq Azərbaycanla Ermənistan arasında baş verən axrıncı toqquşmadan sonra bir sıra dünya dövlətləri İrəvanın sərhəddə beynəlxalq müşahidəçilər yerləşdirilməsi təklifinə müsbət yanaşma nümayiş etdiriblər.
Belə ki, Fransanın Ermənistandakı səfiri Ann Luilo bildirib ki, Fransa Azərbaycanla sərhəddə beynəlxalq müşahidəçilərin yerləşdirilməsi ideyasını dəstəkləyir. Səfirin sözlərinə görə, Paris artıq bu istiqamətdə Vaşinqtonla işləyir.