S.Lavrov KTMT və MDB müşahidəçilərini hara göndərir?
TASS Rusiya Xarici İşlər Nazirliyi Sergey Lavrovun “Dağlıq Qarabağda nizamlanma” üçün KTMT müşahidəçilərindən istifadə imkanını elan etdiyi iddia edilən məqaləni NEWS.ru-ya şərh edib.
Bundan əvvəl Azərbaycan mətbuatı bu materiala diqqət çəkərək, nazirin sözlərinin yəqin ki, qeyri-dəqiq olduğunu, söhbətin Qarabağın özündən yox, Ermənistanla Azərbaycan arasındakı sərhəd zonasına göndərilməsindən getdiyini qeyd etmişdi.
Departamentdən NEWS.ru-ya verilən məlumata görə, bununla bağlı Lavrovun çıxışının dəqiq stenoqramı Rusiya Xarici İşlər Nazirliyinin saytında dərc olunacaq. Bu arada qeyd TASS-ın saytında artıq düzəldilib.
Qeyd edək ki, Lavrov Azərbaycan-Ermənistan şərti sərhədində vəziyyətin aydınlaşdırılması üçün KTMT və MDB müşahidəçilərinin göndərilməsini təklif edib.