Senator Uorner: “ABŞ gələn həftə Ukraynaya “ATACMS” taktiki raketləri verə bilər”
“ABŞ gələn həftə Ukraynaya silah, o cümlədən “ATACMS” taktiki raketləri verməyə başlaya bilər”.
Bunu ABŞ Senatının Kəşfiyyat Komitəsinin rəhbəri Mark Uorner deyib.
“Bizə bildirdilər ki, prezident qanun layihəsini imzalayan kimi bu silahlar həftənin sonuna qədər göndəriləcək”, - o, “CBS” telekanalının efirində bildirib.
Uorner aydınlaşdırıb ki, yardım paketinə uzaqmənzilli silahlar, o cümlədən “ATACMS” da daxil olacaq. O, həmçinin əlavə edib ki, ABŞ Rusiya ilə mübarizəyə müdafiə büdcəsinin cəmi 3%-ni xərcləyir və öz ordusundan istifadə etmir.
Mənbə: iz.ru