Arvadını döyüb öldürən qazaxıstanlı nazirin telefonu araşdırılacaq: Şifrəsi əldə edilib - FOTO
Qazaxıstanda vətəndaş nikahında olduğu Saltanat Nukenovanı qətlə yetirməkdə təqsirləndirilən keçmiş nazir Kuandıq Bişimbayevin məhkəmə prosesi davam edir.
Keçmiş milli iqtisadiyyat naziri Kuandıq Bişimbayev məhkəmədə araşdırılması üçün telefonunun şifrəsini məhkəməyə verməyə razılaşıb.
Bu barədə keçirilən məhkəmə prosesi zamanı onun vəkili məlumat verib.
Xatırladaq ki, hadisə 2023-cü il noyabrın 9-na keçən gecə Astanada yerləşən və Kuandıq Bişimbayevin sahibi olduğu “Bau” restoranında baş verib. Qazaxıstanın keçmiş milli iqtisadiyyat naziri Saltanat Nukenovanı döyərək öldürüb. Elə həmin gün Bişimbayev həbs edilib və onu 15 ildən 20 ilədək həbs cəzası gözləyir. Əgər istintaq onun qətli xüsusi amansızlıqla törətdiyini sübut etsə, o, ömürlük həbs cəzasına məhkum olunacaq. Bişimbayev, həmçinin işgəncə verməkdə də ittiham olunur.
Mənbə: Tengrinews.kz