Arvadı ilə ayrılmasına səbəb olan şəxsi hər kəsin gözü qarşısında güllələdi: Konyada dəhşət - VİDEO

Türkiyədə insanların gözü qarşısında dəhşətli cinayət həyata keçirilib. Belə ki, kafedə oturan 38 yaşlı Yavuz Çaphan və 29 yaşlı Hacı Saleh onlara yaxınlaşan bir nəfər tərəfindən güllələnib.

Qorxunc hadisə Konyada baş verib.

Cinayətkar daha sonra hadisə yerindən qaçıb.

Yaralılar dərhal xəstəxanaya qaldırılsalar da, Y.Çaphanın həyatını xilas etmək mümkün olmayıb

Hüquq-mühafizə orqanları əməkdaşları apardıqları araşdırma zamanı şübhəlinin 44 yaşlı H.P. olduğunu müəyyən ediblər. O, anasına məxsus evdə ələ keçib.

Şübhəli cinayət zamanı istifadə etdiyi silahı polisə təhvil verib.

H.P. cinayətin motivi kimi həyat yoldaşından Yavuz Çaphana görə ayrılmasını göstərib. O, cinayəti buna görə törətdiyini etiraf edib.

Hadisə ilə bağlı istintaq davam edir.

Mənbə: İha.com.tr