Un və çörək bahalaşması əsassızdır!


Hökumət vətəndaşları deyil, inhisarçıları dəstəkləyir

Azərbaycanda un və çörəyin qiyməti bahalaşdı. 50 kq-lıq unun qiyməti 5 manat, çörəyin qiyməti isə 5 qəpik artıb. Ən ucuz çörək 55, ən baha çörək isə 70 qəpik oldu.

Çörək ən son keçən ilin sentyabr ayında və bu il yanvarda bahalaşmışdı. Dünyada isə bu gün buğdanın qiyməti 8 faiz ucuzlaşıb.

Azərbaycan mediasında un və çörəyin qiymətinin bahalaşmasını elə gülünc formada "əsaslandırırlar" ki, elə bil heç kimin dünya bazarından xəbəri yoxdur.

Hazırda dünya bazarında ərzaq qiymətləri 10-15% ucuzlaşdığı halda Azərbaycanda un və çörək bahalaşır. Azərbaycana idxal edilən buğdanın 93%-ni təmin edən Rusiya buğdasının bir tonunun qiyməti 340 dollardan yuxarı bahalaşmadığı halda, yazırlar ki, ölkəyə son 3 ayda gətirilən buğdanın bir tonunun orta qiyməti 366 dollar təşkil edir. Bu Azərbaycandakı buğda idxalı inhisarçılıları ilə hökumətin razılaşması əsasında baş verən bahalaşmadır. Bu isə onu deməyə əsas verir ki, hökumət vətəndaşlarını deyil, inhisarçıları dəstəkləyir.