Koordinatlar İrana ötürüldü: Türkiyə ordusunun "Akıncı"sı Rəisinin helikopterini tapdı?

Türkiyə Silahlı Qüvvələri İran lideri və onu müşayiət edən heyətin olduğu helikopterin axtarış əməliyyatına cəlb edilib.

Bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, axtarış-xilasetmə əməliyyatına Türkiyə ordusuna aid bir ədəd "Akıncı" pilotsuz uçuş aparatı və "Cougar" tipli gecəgörmə imkanlarına sahib helikopter cəlb olunub.

"Akıncı" PUA bölgədə helikopterin qalıqları ola biləcək bir istilik mənbəyi müəyyən edib və koordinatlar İran tərəfi ilə paylaşılıb.