İspaniya hökuməti Fələstini rəsmi olaraq dövlət kimi tanıyıb.
Bunu krallığın baş naziri Pedro Sançes deyib.
"Beləliklə, İspaniya Fələstini tanıyan dünyanın 140-dan çox ölkəsinin sırasına qoşulur. Fələstinin tanınması tarixi bir qərardır və yeganə məqsədi İsrail ilə Fələstin arasında sülhü təşviq etməkdir", - deyə Pedro Sançes vurğulayıb.
İspaniyanın baş naziri vurğulayıb ki, Şərqi Qüds müstəqil Fələstinin paytaxtına çevrilməli, Qəzza zolağı və İordan çayının qərb sahili vahid Fələstin milli hökumətinin nəzarəti altında olmalıdır. Sançes Qəzza ilə İordan çayının qərb sahilini birləşdirən dəhlizə ehtiyac olduğunu da qeyd edib.
Mənbə: TASS