Renat Dadaşov Türkiyə klubundan ayrıldı

Azərbaycan millisinin üzvü Renat Dadaşov Türkiyənin "Hatayspor" klubu ilə yollarını ayırıb.

Bu barədə Azərbaycan millisinin üzvü özünün "Instagram" hesabında yazıb.

"Hər şey üçün təşəkkür edirəm, Hatay!" - hücumçu yazıb.

Qeyd edək ki, futbolçu müqavilə ilə İsveçrənin "Qrasshoper" klubuna məxsusdur. O, 2023-cü ildə icarə əsasında "Hatayspor"a keçmişdi.