Yumurta bahalaşdı
Azərbaycanda yumurtanın qiymətində yenidən artım qeydə alınıb.
Ağ yumurta 13 qəpikdən 16-19 qəpiyə, sarı yumurta 16-19 qəpikdən 22-25 qəpiyə yüksəlib. Kənd yumurtasının topdansatış qiyməti isə 25 qəpikdən 27-30 qəpiyə qalxıb.
Bəzi mağazalarda isə sarı broyler yumurtaların satışına rast gəlinmir.