Filippində vulkan oyandı: Beş min metr hündürlüyə püskürdü

Filippin Vulkanologiya və Seysmologiya İnstitutu Kanlaon vulkanının püskürdüyünü açıqlayıb.

Məlumata görə, püskürmə təxminən altı dəqiqə davam edib və beş min metr hündürlüyə kül yayılıb.

Püskürmə ilə əlaqədar Filippində ikinci səviyyəli təhlükə elan edilib. Bu o deməkdir ki, vulkanda əlavə partlayışlar ola bilər.

Vulkanologiya və Seysmologiya İnstitutu xəbərdarlıq edib:

"Mülki aviasiya orqanları pilotlara vulkanın zirvəsi yaxınlığında uçmaqdan çəkinməyi tövsiyə etməlidir, çünki hər hansı bir qəfil püskürmə nəticəsində yaranan emissiyalar hətta təyyarələr üçün də təhlükəli ola bilər".

Mənbə: iz.ru