Slovakiyanın baş nazirindən sui-qəsdlə bağlı ilk AÇIQLAMA

Slovakiyanın Baş naziri Robert Fitso mayın 15-də Qandlova şəhərində hökumətin iclasının ardından törədilmiş sui-qəsd cəhdindən sonra ilk şərhini verib.

Lim10.az xəbər verir ki, onun videomüraciəti özünün "Facebook" səhifəsində paylaşılıb.

Slovakiya hökumətinin başçısı bildirib ki, ona sui-qəsd cəhdi edən Yuray Tsintula qarşı nifrət hiss etmir. O, iyulun əvvəlinə qədər işinin başına qayıtmağı planlaşdırdığını da qeyd edib.

"Mən onu bağışlayıram və ona nifrət etmirəm... O, sadəcə şər və siyasi nifrətin elçisi olub", - deyə baş nazir bildirib.