Rusiyada daha bir dəhşətli qəza: Sərnişin avtobusu xəndəyə aşdı

Rusiyanın Baykal diyarında içərisində mədən işçilərinin olduğu avtobus xəndəyə aşıb. Hadisə nəticəsində onlarla insan xəsarət alıb.

Bu barədə regionun səhiyyə nazirinin müavini Yelena Aranina bildirib.

Onun sözlərinə görə, qəza nəticəsində 32 nəfər yaralanıb, onlardan üçünün həyatını xilas etmək mümkün olmayıb. Daha birinin vəziyyəti ağırdır. Hadisə yerindən çəkilmiş videoda avtobusun ön hissəsinin ciddi deformasiyaya uğradığı müşahidə olunur.

Xatırladaq ki, dünən də Rusiyada ictimai nəqliyyatda faciə yaşanmışdı. Belə ki, tam sürətlə qarşıdan gedən başqa bir tramvaya çırpılmışdı. Hadisə nəticəsində 100-dən çox insan müxtəlif dərəcəli xəsarət alıb, bir nəfər həlak olub.

Rusiyada daha bir dəhşətli qəza: Sərnişin avtobusu xəndəyə aşdı

Rusiyada daha bir dəhşətli qəza: Sərnişin avtobusu xəndəyə aşdı

Mənbə: Newizv.ru