Ukrayna Xersonu atəşə tutdu: Ölənlər var

Ukrayna Silahlı Qüvvələri Xerson vilayətinin Sadovoye kəndini atəşə tutub.

Bu barədə vilayətin qubernatoru Vladimir Saldo öz "Telegram" kanalında məlumat verib.

Bildirilib ki, hadisə nəticəsində 19 nəfər həlak olub.

Onun sözlərinə görə, Qolopristanski bələdiyyə dairəsində hücum nəticəsində içində ziyarətçilərin və işçilərin olduğu mağaza dağılıb. Bundan əlavə, beş nəfər yaralanıb.

"Hadisə yerində lazımi ehtiyat tədbirlərinə riayət etməklə əməliyyat xidmətləri işləyir. Yaralılara lazımi tibbi yardım göstərilir", - deyə Saldo yazıb.