Ukraynanın sabiq baş naziri Rusiyada axtarışa verildi

Rusiya Daxili İşlər Nazirliyi Ukraynanın keçmiş baş naziri Yuliya Timoşenkonu axtarışa verib.

Timoşenkonun məlumatları olan müvafiq sənəd nazirliyin məlumat bazasında əks olunub.

Məlumata görə, Ukraynanın keçmiş baş naziri Rusiya Federasiyası Cinayət Məcəlləsinin maddəsi ilə axtarışdadır.

Digər təfərrüatlar açıqlanmayıb.

Mənbə: İnterfaks.ru