Keçən gecə oğrular İtaliyanın paytaxtı Romada "Via dei Condotti" küçəsindəki "Bulgari" mağazasını qarət ediblər.
KİV-in məlumatına görə, naməlum şəxslər hər biri təxminən 30 min avro dəyərində qızıl-zinət əşyaları oğurlayıb və nəticədə mağazaya ümumilikdə 500 min avroya yaxın ziyan dəyib.
Oğrular gecəyarısı xidmət otaqlarından birinin döşəməsindəki dəlikdən mağazaya daxil olublar. Dəstə beş nəfərdən ibarət olub, onların hamısı əlcək və şalvar geyinib.
Xəbərdarlıq siqnalı çaldıqdan sonra hadisə yerinə polis gəlib, lakin mağazanın qapıları bağlı olub. Müstəntiqlər mağazanın daxilindəki müşahidə kameralarından, eləcə də qonşu mağazaların kameralarından və şəhərin videomüşahidə sistemindən görüntülər əldə ediblər.
Hazırda faktla bağlı araşdırma aparılır.
Mənbə: iz.ru