"Ətlə dırnaq arasına girmək" istəyən erməni...

Elbəyi Həsənli

MDB dövlətlərinin Parlamentlərarası Assambleyasında Ermənistan parlamentinin sədri Alen Simonyan Özbəkistan parlamentinin sədri Tanzila Narbaeva ilə görüşüb. Azərbaycanın Ermənistan torpaqlarını işğal etməsindən danışıb. Deyib ki, sentyabrın 13-də baş verən hərbi münaqişə zamanı Azərbaycan Ermənistan torpaqlarını əl keçirib, həmin torpaqları geri vermək istəmir. Üstəlik, hərbi əsirləri də Ermənistana qatarmır..

Ən maraqlısı odur ki, bir erməni bir türk dövlətinin rəsmisinə başqa bir türk dövləti ilə bağlı şikayət edir. Orasını da yaxşı bilir ki, Azərbaycanla Özbəkistan arasındakı münasibətlər son dərəcə yüksək səviyyədədir...

O da maralıdır ki, Ermənistanda türk adına bir nəfər də yoxdur, bu ölkədə heç müsəlman da yaşamır. Ancaq Özbəkistanda 80 min erməni kef edir. Özü də onlardan 50 mini paytaxt Daşkənddə, 25 mini isə Səmərqənddə ömür sürür...

Türkiyədə 100 min, Azərbaycanda isə 30 mindən çox erməni yaşayır. Digər türk dövlətlərində də vəziyyət belədir. Ermənilər gecə-gündüz türkləri söyürlər, ancaq türk torpaqlarında da yaşayırlar...