Yumurta bahalaşmayıb! - idda

Azərbaycan Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasından bildirilib ki, Azərbaycanda yumurtanın qiymətində hər hansı dəyişiklik olmayıb.

Qeyd edək ki, son günlər ölkədə yumurtanın qiymətinin artması ilə bağlı çoxsaylı məlumatlar yayılır. Bəzi mənbələr yumurtanın 22-23 qəpiyədək bahalaşdığını iddia edir.