Növbədənkənar parlament seçkisinin keçirilməsi üzrə əsas hərəkətlərin və tədbirlərin təqvim planını təsdiq edib.
Lim10.az xəbər verir ki, bu barədə qərar Mərkəzi Seçki Komissiyasının (MSK) növbədənkənar parlament seçkisi ilə əlaqədar bu gün keçirilən iclasında verilib.
Məsələ barədə məlumatı MSK katibi Arifə Muxtarova təqdim edib.
Qeyd edək ki, Prezident İlham Əliyev altıncı çağırış Azərbaycan Respublikası Milli Məclisinin buraxılması və Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkinin təyin edilməsi haqqında sərəncam imzalayıb.
Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçki 2024-cü il sentyabrın 1-nə təyin edilib.
Könül Cəfərli