Azərbaycan Ermənistanın dövlət büdcəsinə necə töhfə verir?
Erməni mediasının məlumatına görə, bu ilin yanvar-oktyabr aylarında Ermənistana 1,4 milyon turist səfər edib. Bu, 2021-ci ilin 10 ayı ilə müqayisədə (714 min) demək olar ki, iki dəfə çoxdur.
Turistlərin demək olar ki, yarısı - 46%-i Rusiya, Gürcüstan (8%), İran (7%), o cümlədən ABŞ (4%) və Almaniyadan (2%) gəlib.
Qeyd edək ki, Qafqaza səfər edən turistlər həmişə əsasən Gürcüstanı seçiblər. İndi Azərbaycanın quru sərhədlərinin bağlı olmasına rəğmən, bu tendensiya bir qədər də güclənib. Cari ilin 10 ayında Gürcüstana 3.2 milyon turist səfər edib. Çunki Gürcüstan turizm baxımından Qarqazın ən cəlbedici ölkəsidir. Gurcüstana səfər edən turistlər adətən Azərbaycana da baş çəkirdilər. İndi isə Azərbaycanın quru sərhədləri bağlı olduğundan ölkəmizə gəlmək fikri olan turistlər aviobletlərin bahalığı səbəbindən Ermənistanı seçır. Beləcə, Azərbaycan hökuməti quru sərhədlərimizi bağlı saxlamaqla Ermənistanın dövlət büdcəsinə önəmli töhfə verir.
Belə ki, hər bir turist Ermənistanda 1000 dollar xərcləsə bu 1,4 milyard dollar və ya 2.38 milyard manat dövriyyə deməkdir. Bu həcmdə dövriyyədən isə tutulan yalnız ƏDV 432 milyon manat təşkil edir. Biz hələ bu dövriyyənin digər rüsum və vergilərin nəzərə almırıq.