"Hazırda Azərbaycan və Ermənistan arasında sülh sazişinə nail olmaq üçün müstəsna imkan var".
Bunu ABŞ dövlət katibi Antoni Blinken Brukinqs İnstitutunda çıxışı zamanı deyib.
"Ölkələr arasında sülh sazişinin imzalanması üçün müstəsna imkan var. Bu, onilliklərlə davam edən münaqişəyə son qoyacaq və regionda böyük imkanlar yaradacaq. Azərbaycan bunda həlledici rol oynamalıdır", - deyə ABŞ-nin xarici siyasət idarəsinin rəhbəri bildirib.
"Biz bunu diplomatiya yolu ilə fəal surətdə davam etdiririk, Azərbaycan və Ermənistanı sülh sazişinə yaxınlaşdırmağa çalışırıq", - Blinken bildirib.
Mənbə: TASS