11 yaşlı Nurayın sizin köməyinizə ehtiyacı var.
Bu barədə Lim10.az-a onun anası Səbinə Salahova məlumat verib.
O bildirib ki, beyninin sol tərəfi iflic olan Nuray gəzə və danışa bilmir. Beyin funksiyaları iflic olduğuna görə Nuray altı aydan bir mütəmadi olaraq Türkiyənin İstanbul şəhərində bağırsaqlarından müalicə almalıdır.
"Nuray illərdir müalicələrlə həyatda qalıb. 11 yaşı var, o qədər arıqlayıb ki, 17 kiloqrama qədər enib çəkisi. Bir müddət əvvəl sizin saytın izləyicilərinin dəstəyi ilə Türkiyəyə müayinəyə yollandıq. Hazırda Nurayın müalicələrini etmək üçün 340 manata ehtiyacımız var. İnanın, maddi vəziyyətimiz çox ağırdır. Yoldaşım uşağın xəstəliyinə görə bizi atıb gedib. Gündəlik xərcləri qarşılamaq üçün 77 yaşlı anam küçədə limon və gül satır, mən də Nurayı qardaşının yanında qoyub gedib təndirxanada işləyirəm. İnanın, qazandığımız pulla gündəlik qidalarımızı ancaq qarşılaya bilirik. Qızımın çox az zamanı qalıb, yardımsevər şəxslərdən qızıma yardım etmələrini xahiş edirəm".
Ailə ilə əlaqə: (077) 325-61-47.
Kapital Bank: 6768 6771 7683 9631.
11 yaşlı Nurayın dəstəyə ehtiyacı var