"Qazaxıstan Azərbaycan və Ermənistan arasında sülh danışıqlarının aparılması üçün platforma təklif etməyə hazırdır".
"Report"un xəbərinə görə, bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Türk Dövlətləri Təşkilatının (TDT) dövlət başçılarının iyulun 6-da Şuşada keçirilən qeyri-rəsmi Zirvə görüşündə çıxışı zamanı deyib.
Dövlət başçısı ümid edir ki, Azərbaycan və Ermənistan arasında dayanıqlı sülh olacaq.
O, həmçinin qeyd edib ki, siyasi və iqtisadi dəyişikliklər bütün dünyaya təsir edib: "İnanıram ki, birgə əməkdaşlıq nəticəsində TDT-yə üzv ölkələrin iqtisadiyyatının inkişafına töhfə verəcəyik".