"Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2024-cü il büdcəsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 27 dekabr tarixli 2430 nömrəli Fərmanında dəyişiklik edilib.
President.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev müvafiq fərmanı imzalayıb.
Fərmana əsasən, Dövlət Neft Fondunun 2024-cü il büdcəsinin gəlirlər 12 073 255,5 manatdan 14 109 215,6 manata, xərcləri 12 900 232,5 manatdan 12 904 943,4 manata çatdırılıb.