"İyulun 13-dən etibarən namizədlərin sənədlərinin qəbul edilməsi, onların qeydiyyata alınması prosesinə başlamışıq. Seçkiyə start verildikdən sonra passiv seçki hüququna malik vətəndaşlarımız sənədlərini ilkin mərhələdə təqdim ediblər".
Lim10.az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyası (MSK) sədrinin müavini Rövzət Qasımov jurnalistlərə açıqlamasında deyib.
O qeyd edib ki, bu günə olan statistikaya görə, 401 passiv seçki hüququna malik olan vətəndaş sənədlərini seçkilərdə namizəd qismində iştirak üçün dairə seçki komissiyalarına təqdim edib:
"Siyasi partiyalar kifayət qədər fəaldırlar. Onların arasında 168 şəxs siyasi partiya təmsilçisidir. Onlar 13 siyasi partiyanı təmsil edirlər. Bu say artmaqdadır. Ümid edirik ki, bu proses eyni məcrada davam edəcək. İddiaçıların qanunvericiliyə uyğun formada prosesi davam etdirməsi zəruridir".
Könül Cəfərli