Prezident İlham Əliyev "Azərbaycan Respublikası Hökuməti ilə Mərakeş Krallığı Hökuməti arasında ümumvətəndaş pasportlarının sahiblərinin viza tələbindən azad edilməsi haqqında Saziş"in təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanununu imzalayıb.
Bu barədə President.az məlumat yayıb.
Sənədə əsasən, 2024-cü il mayın 4-də Bancul şəhərində imzalanmış "Azərbaycan Respublikası Hökuməti ilə Mərakeş Krallığı Hökuməti arasında ümumvətəndaş pasportlarının sahiblərinin viza tələbindən azad edilməsi haqqında Saziş" təsdiq edilib.