Oğuzun yeni icra başçısı kollektivə təqdim olundu
Azərbaycan Prezidentinin sərəncamı ilə Oğuz Rayon İcra Hakimiyyətinin başçısı təyin olunan Cavid Teyrun oğlu Əbdul-Qədirov bu gün kollektivə təqdim olunub.
"Report" xəbər verir ki, onu kollektivə Azərbaycan Prezidentinin köməkçisi - Ərazi-təşkilat məsələləri şöbəsinin müdiri Zeynal Nağdəliyev rayon ictimaiyyətinin nümayəndələrinin iştirakı ilə təqdim edib.
Təqdimatda Z.Nağdəliyev çıxış edib və ölkə başçısının tapşırıq və tövsiyələrini çatdırıb.
C.Əbdul-Qədirov ona göstərilən etimada görə minnətdarlıq edib.