Karlayl Korbin: "Fransa Polineziyadakı nüvə sınaqlarına görə kompensasiya verməlidir"

"Fransa Polineziyasında 30 ildən çoxdur, nüvə sınaqları keçirilir".

"Report"un Şuşaya ezam olunmuş müxbirinin məlumatına əsasən, bunu II Şuşa Qlobal Media Forumu çərçivəsində "Fransız kolonializminin təkamülü: Siyasi və konstitusional tədqiqat" adlı hesabatında BMT-nin tanınmış eksperti, ABŞ vətəndaşı dr. Karlayl Korbin deyib.

O qeyd edib ki, bu sınaqlar ekologiyaya ziyan vurur, əhalinin sağlamlığına neqativ təsir göstərir:

"Bütün bunlar Fransa tərəfindən kompensasiya verilməsini zəruri edir. Lakin Fransa hakimiyyəti bundan qəti imtina edir".