Masallı rayonu, Füzuli küçəsi 60-da yaşayan Bilalov Üzeyir Abı oğlu “Hürriyyət”in redaksiyasına müraciət edib. Şikayətçi oğlu Bilalov Ədalət Üzeyir oğlunun dələduzluqla üzləşdiyini və özünün zərərçəkən olmasına rəğmən, qanunsuz olaraq 4 il müddətinə həbs olunduğunu bildirir.
Nizami Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılova məxsus olduğu iddia edilən və yaxın günlərdə yaşıllıqları məhv etdiyi üçün böyük məbləğdə cərimələnən “Qismət-M Construction” MMC məhkəməyə verilib.