Mingəçevirdə yeniyetmənin atası tərəfindən zorakılığa məruz qalması hadisəsinin təfərrüatı bəlli olub.
Lim10.az-ın əldə etdiyi məlumata görə, 2010-cu il təvəllüdlü Yavər Teymur oğlu Bəşirovun qonşuluqda və küçədə olan digər şəxslərlə arasında narazılıq yaranıb.
Atası da oğlunun bu əməlinə əsəbiləşib. O, övladına bir neçə şillə vurub. Onun övladının başında əşyalar qırması faktı əsassızdır.
Qeyd olunur ki, hadisədən sonra əmisi Yavəri xəstəxanaya aparıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Lim10.az-ın sorğusuna cavab olaraq bildirilib ki, valideyn polisə dəvət olunub:
"Faktla bağlı Rayon Polis Şöbəsində araşdırma aparılır. Nəticədən asılı olaraq, məsələyə hüquqi qiymət veriləcək".
Nəzrin Vahid
Mingəçevirdə yeniyetmə övladına hirslənən ata əlinə keçən məişət əşyalarını onun başında qırıb.
"Unikal"ın məlumatına görə, hadisə Vidadi küçəsi, 3 ünvanında baş verib. 2010-cu il təvəllüdlü şəhər sakini Teymur Yavər oğlu Bəşirov döyülərək çoxsaylı xəsarətlər alıb.
Yaralı yeniyetmə xəstəxanaya çatdırılıb.
Faktla bağlı Mingəçevir Şəhər Polis Şöbəsində araşdırmalara başlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən (DİN) bildirilib ki, araşdırmanın nəticəsindən asılı olaraq əmələ hüquqi qiymət veriləcək.