Ermənistanda parlament seçkiləri bu tarixdə keçiriləcək

Ermənistanda növbəti parlament seçkilərinin keçiriləcəyi dəqiq tarix məlum olub.

Lim10.az  xəbər verir ki, bununla bağlı Ermənistan Prezidenti Vaaqn Xaçatryan seçkilərin təyin edilməsi haqqında müvafiq fərman imzalayıb.

Sənədə əsasən, Ermənistan Milli Assambleyasına (parlament) növbəti seçkilər 7 iyun 2026-cı il tarixində keçiriləcək.

Xatırladaq ki, 2021-ci ilin iyununda keçirilən sonuncu növbədənkənar seçkilərdə Nikol Paşinyanın rəhbərlik etdiyi “Vətəndaş Müqaviləsi” partiyası qalib gəlmişdi.(qafqazinfo)