MİQ üzrə şəhid ailəsi üzvləri üçün vakansiya seçiminin nəticələri açıqlanıb

Müəllimlərin işə qəbulu (MİQ) üzrə vakansiya seçiminin nəticələri şəxsi səhifələrə göndərilib.

Lim10.az xəbər verir ki, bu barədə Təhsil İnstitutu məlumat yayıb.

Bildirilib ki, 26-28 iyul tarixlərində keçirilmiş MİQ üzrə müsabiqənin şəhid ailəsi üzvləri üçün vakansiya seçiminin nəticələri namizədlərin şəxsi səhifəsinə göndərilib.

Qeyd edilib ki, 39 namizəd müsahibə mərhələsində iştirak hüququ qazanıb.