Bakının hansı küçələrində sıxlıq var? - 31.07.2024

Bakının bəzi küçə və prospektində nəqliyyatın sıxlığı müşahidə olunur.

Lim10.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.

Hazırda:

1. Ziya Bünyadov prospekti, Əhməd Rəcəbli küçəsi ilə kəsişmədən Atatürk prospekti ilə kəsişməyə qədər;

2. Bakı-Sumqayıt şosesi, metronun "20 Yanvar" stansiyası istiqamətində;

3. 8 Noyabr prospekti, Süleyman Əhmədov küçəsi ilə kəsişmədən mərkəz istiqamətində;

4. Mətbuat prospekti, Musabəyov parkının qarşısından metronun "Elmlər Akademiyası" stansiyası istiqamətində;

5. Binəqədi şosesi, metronun "Azadlıq prospekti" stansiyası istiqamətində sıxlıq müşahidə olunur.