Zabrat-Məmmədli yolunda QƏZA: Ölən var

Sabunçuda iki maşın toqquşub, ölən var

APA xəbər verir ki, hadisə Zabrat-Məmmədli yolunda qeydə alınıb.

Elçin Yadigar oğlu Musayev idarə etdiyi "KIA Rio" avtomobili ilə Orxan Azər oğlu Həsənzadənin idarə etdiyi "Chevrolet Epica" avtomobili ilə toqquşub.

Hadisə nəticəsində KIA-da olan sərnişin, 1979-cu il təvəllüdlü Elnur Vahid oğlu Əsgərov xəsarət alıb. Yaralı xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.