Bakıda avtomobilin vurduğu piyada iki gün sonra evində ölüb.
"Report" xəbər verir ki, hadisə Sabunçu rayonunda marketlərdən birinin qarşısında qeydə alınıb.
Elşad Ramazanov idarə etdiyi "Mercedes Sprinter" avtomobili ilə marketin qarşısında dayanmış, 1967-ci il təvəllüdlü Ramiz İsmayılovu vurub. Piyada ötən gün yaşadığı Tərtər rayonunun Hacıqərvənd kəndində ölüb.
Faktla bağlı cinayət işi başlanılıb.