"Sentyabrın 1-də keçiriləcək Milli Məclisə seçki ilə əlaqədar 23 ölkə və beş qurumdan ümumilikdə 94 beynəlxalq müşahidəçi qeydə alınıb".
"Report" xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında qurumun sədri Məzahir Pənahov deyib.
MSK sədri bildirib ki, seçki ilə əlaqədar 8 825 yerli müşahidəçi qeydiyyatdan keçib:
"Onların 4 622 nəfəri MSK-da, 4 203 nəfəri Dairə Seçki Komissiyalarında (DSK) qeydə alınıb".