Roma Papası XIV Leo Ukraynanın regionlarına üç yük maşını humanitar yardım göndərib.
Lim10.az bildirir ki, bu barədə məlumatı Müqəddəs Taxt-Tacın Mətbuat Xidməti yayıb.
Qeyd edilir ki, yardımın tərkibinə 100 min porsiya dehidratlaşdırılmış şorba daxildir.
"Bir qədər su əlavə edildikdə toyuq və tərəvəzlə zəngin, qidalı şorbalara çevrilən yüz min paket", - deyə məlumatda vurğulanır.
Ərzaq yardımı ən çox atəşə məruz qalan cəbhəyanı bölgələrdə paylanacaq.(oxu.az)




















