Abşeron rayonunun Masazır kəndi ərazisində yüksəkgərginlikli elektrik xəttinin altında qanunsuz tikinti işlərinin aparılması faktı aşkar edilib.
Lim10.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və Abşeron Rayon İcra Hakimiyyətinin nümayəndələrinin iştirakı ilə həyata keçirilən tədbirlər nəticəsində qanunsuz tikili sökülüb.
FHN Masazırda qanunsuz tikintinin qarşısını alıb
FHN Masazırda qanunsuz tikintinin qarşısını alıb