"Sentyabrın 1-də keçiriləcək Milli Məclisə seçki ilə əlaqədar 99 beynəlxalq müşahidəçi qeydə alınıb".
"Report" xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında qurumun sədri Məzahir Pənahov deyib.
MSK sədri bildirib ki, seçki ilə əlaqədar 14 506 yerli müşahidəçi qeydiyyatdan keçib:
"Onların bütün seçki məntəqələrində müşahidə aparmaq imkanı olacaq".