Bakı şəhərinin Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində vətəndaş qayıqda baş vermiş nasazlıq səbəbindən açıq dənizdə köməksiz vəziyyətdə qalıb.
Lim10.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Bildirilib ki, məlumatla əlaqədar dərhal FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri əraziyə cəlb olunublar.
Xilasedicilər tərəfindən həyata keçirilən operativ xilasetmə əməliyyatı sayəsində açıq dənizdə köməksiz vəziyyətdə qalan 1968-ci il təvəllüdlü Hafiz Mikayıl oğlu Məmmədovun olduğu qayıq yedəyə alınaraq sahilə çıxarılıb, vətəndaş xilas edilib.